AnasayfaAnasayfa  TakvimTakvim  MVSMVS  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  İstifadəçi siyahısıİstifadəçi siyahısı  İstifadəçi qruplarıİstifadəçi qrupları  Giriş  

Payla | 
 

 Bəs World Wide Web nədir ?

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
orxan_virus
Boz Qurd
Boz Qurd


İsmarıc sayı : 170
Age : 33
Registration date : 27/09/06

Yeni mövzuMövzu: Bəs World Wide Web nədir ?   C. Okt. 13, 2006 12:29 pm



Bəs World Wide Web nədir ?

Web İnternetin Gopher, FTP, Telnet kimi xidmətlərindən sadcəə biridir. Lakin məhz rahat qrafik interfeysə malik WWW İnternetin ən populyar və sür’ətlə böyüyən komponentidir.

World Wide Web layihəsi 1989-cu ildə Tim Bernes-Li (Tim Bernes-Lee) tərəfindən CERN yüksək enerji fizikası laboratoriyasında işlənməyə başlamışdı. Layihənin məqsədi bütün dünyada alimlər arasında tədqiqatların nəticələri və ideyalar mübadiləsi üçün vahid bir metodun hazırlanması idi. İlkin variantında Web “hipertekst layihəsi” adlanırdı. “Hipertekst” termini hələ 60-cı illərdə Ted Nelson tərəfindən daxil edilmişdi və digər sənədlərə interaktiv göstərici və ya bağlantıları olan tekst demək idi. Bu göstəricilər vasitəsilə oxucu hər hansı söz, ya da ifadəni seçərək uyğun predmet barəsində əlavə informasiya ala bilir. Hipermedia isə daha geniş anlayış olub, multimedia informasiyası daşıyan mə’lumatları təsvir edir.

1992-ci ilin noyabrında ABŞ Milli Superkompüterlər Mərkəzi NCSA tərəfindən “Mosaic” (“mouzeyik”) adlanan ilk Web-ə baxış proqramının (web-brauzerin) təqdim olunması WWW-nin populyarlaşmasının başlanğıcını qoydu. 1993-cü ilin əvvəli dünyada ancaq 130 Web qovşağı olduğu halda, web-serverdən informasiyanın alınmasını tə’min edən bu web-klient meydana gəldikdən ancaq yarım il sonra onların sayı 10000-i keçdi. 1994-cü ilin oktyabrında keçirilmiş sorğunun nəticələrinə görə isə dünyada artıq 20 milyondan çox WWW istifadəçisi var idi. Bir çox iri şirkətlər yeni texnologiyadan hətta öz lokal şəbəkələrində istifadə etməyə başladılar, 1995-ci ilin ortaları bir müəssisə daxilində informasiya mübadiləsinə xidmət edən bu cür şəbəkələri təsvir etmək üçün “Intranet” termini meydana gəldi. Web və ümumən İnternetin coşqun inkişafı komputer aləmində 80-ci illərin əvvəli “fərdi kompüter inqilabı”ndan sonra ən görkəmli hadisə oldu.

Hipermedia verilənlərdən birgə istifadə etmək imkanı verən bütün bu paylanmış sistem HTTP (HyperText Transfer Protocol - ingiliscə “HiperTekst Ötürmə Protokolu”) protokolu üzərində qurulmuşdur. HTTP tətbiqi səviyyə və ya proqram səviyyəsində daimi bağlantısız klient-server protokoludur. Klientin bildirişi əsasında serverlə bağlantı qurulur, server tərəfindən klientə cavab verildikdən sonra bağləntı kəsilir. “Sadə sorğu” (Simple-Request) sorğu metodu, tələb olunan URL və protokol versiyasından ibarət sətir şəklində (məsələn: get http://x-wing.cc.boun.edu.tr/index.html HTTP/1.0) serverə göndərilir. “Tam sorğu”da isə belə başlıqdan sonra MIME (Multipurpose Internet Mail Extensions - ingiliscə “Çoxməqsədli İnternet Poçt Əlavələri”) formatında əlavə informasiya daşıyan mə’lumat gedir. Sorğunu aldıqda HTTP-server klientə status haqqında protokol versiyası və uğur/səhv kodundan ibarət “?avab” göndərir. Bundan sonra MIME formatında lazımi verilənlərdən ibarət mə’lumat klientə çatdırılır.



Hipermedia sənədlərin - web-səhifələrin hazırlanması üçün Web-də istifadə olunan standart dil isə HTML (HyperText Markup Language - ingiliscə “HiperTeksti İşarələmə Dili”) adlanır. O, hipertekst mübadiləsi üçün konkret platformadan asılı olmayan sadə format kimi daha ümumi dil olan beynəlxalq sənəd mübadiləsi standartı (ISO 8879) SGML-in (Standard Generalized Markup Language - ingiliscə “Standart Ümumiləşdirilmiş İşarələmə Dili”) əsasında hazırlanmışdır. Burada abzas, başlıq, qrafik təsvir, hipergöstərici, siyahı, cədvəl, müxtəlif tekst formatları kimi hipertekst elementlərinin hər biri HTML-teq (tag - ingiliscə “yarlık, etiket”) adlanan əmrlər vasitəsilə işarələnir. Əlavə imkanların daxil edilməsi üçün bu əmrlər çoxluğu genişləndirilir, HTML-in yeni versiyaları meydana gəlir.

Sabit informativ web-səhifələrlə bərabər dinamik interaktiv səhifələrə də ehtiyac olduğundan artıq HTML-in 2.0 versiyasında interaktiv formalarla işləmə imkanı daxil edildi. Bu element vasitəsilə istifadəçi verilənləri web-brauzerdən daxil edib HTTP-serverə göndərə bilir. Serverdə proqramlar vasitəsilə həmin verilənlərin e’malını tə’min etmək üçün CGI (Common Gateway Interface - ingiliscə “Ümumi Giriş İnterfeysi”) - xarici proqramların HTTP-serverlə qarşılıqlı əlaqəsi standartı hazırlandı.

CGI ilk əvvəl UNIX əməliyyat sistemi üçün işləndiyindən burada verilənlərin mübadiləsi bir qayda olaraq “standart giriş”, ”standart çıxış” və ya mühit dəyişənləri vasitəsilə aparılır. İstifadəçinin formanın sahələrinə daxil etdiyi verilənlər HTTP-serverə “sahə1=kəmiyyət1 & səhə2=kəmiyyət2 & ... & səhəN=kəmiyyətN” şəklində (məsələn: “keyword=x-wing & option=0”) göndərilir. Server klientdən gələn sorğuda URL-nin göstərdiyi CGI-proqramı yükləyib bu verilənləri uyğun strukturlarda yerləşdirir. CGI-proqram isə öz novbəsində onları oxuyub lazımi əməliyyatı (məsələn: serverdə “x-wing” sözünün hərflərin böyük və ya kiçikliyini nəzərə almadan daxil olduğu bütün səhifələrin axtarışını) aparır və nəticəni adətən web-səhifə şəklində serverə göndərir. Ən sonda server bu mə’lumatları HTTP-formatda klientə çatdırır. CGI geniş imkanlara malik, müxtəlif platformalara asanlıqla uyğunlaşdırıla bilən sadə interfeys olduğuna görə indi də web-brauzerdən göndərilən verilənlərin web-serverdə e’malı üçün istifadə olunan ən geniş yayılmış üsuldur.

Lakin CGI-proqramların bir ciddi qüsuru var - hər sorğu üçün icra olunan modul və ya ssenari interpretatoru yeni proses başlamalı olur. Nəticədə isə populyar serverlərin sistem resursları tez bir zamanda tükənir və məhsuldarlıq aşağı düşür. Problemi həll etmək üçün proqramçılara konkret web-serverin daxili imkanlarından istifadə edərək daha sür’ətlə işləyən və yaddaşda daha az yer tutan əlavələr yazmaq imkanı verən API-lər (Application Programming Interface - ingiliscə “Tətbiqi sistemləri Proqramlaşdırma İnterfeysi”) meydana gəldi. İstehsal etdikləri serverlər üçün uyğun olaraq “Netscape Communications” və “Microsoft” şirkətləri tərəfindən işlənib hazırlanmış NSAPI (Netscape Server API) və ISAPI (Internet Server API) interfeysləri hələ yaxşı standartlaşdırılmasa da bir çox proqramçılar CGI əvəzinə artıq onlardan istifadə edir.

Server hissəsindəki bu yeniliklərlə bərabər klient hissəsində də dinamikliyə doğru inkişaf gedirdi. Əsas ideya istifadəçi ilə mübadilə aparmaq üçün web-səhifəyə klient kompüterdən istifadə etmək imkanının verilməsi idi. Bu halda bə’zi sadə əməliyyatların (məsələn: daxil olunmuş verilənlərin səhihliyinin yoxlanması) klient hissəsində aparılması serveri əlavə yükdən azad edərdi. Beləliklə, web-səhifələrə icraolunan elementlər gətirmiş Java (“cava” - populyar qəhvə sortu) texnologiyası meydana gəldi. Qəribəsi odur ki, bu proqramlaşdırma dilinin ilkin yaranma səbəbkarı heç də Web olmamışdır.

1991-cı il “Sun Microsystems” şirkətinin bir qrup əməkdaşı Patrik Notonun (Patric Naughton) əsasını qoyduğu “Green” layihəsi üzərində işləməyə başladı. Layihənin məqsədi elektron məişət cihazlarında kontroller kimi istifadə olunan müxtəlif prosessorları proqramlaşdırmaq üçün platformadan asılı olmayan universal bir dil yaratmaq idi. İlk əvvəl Oak (“ouk” - ingiliscə “palıd ağacı”) adlandırılmış proqramlaşdırma dilinin birinci işlək variantı 1992-ci ilin payızı hazır oldu. Bəlkə də bu yeni dilin meydana gəlməsi Web-in çiçəklənmə dövrü ilə üst-üstə düşməsəydi o, televizor və mikrodalğa sobalarını proqramlaşdırmaq üçün faydalı, lakin gözə çarpmayan bir vasitə olaraq qalardı. İş ondadır ki, məişət elektronikasında olduğu kimi İnternetdə də klient-kompüterlərin müxtəlif prosessorlar üzərində qurulub fərqli arxitekturaya malik olması ilə əlaqədar eyni bir kodun müxtəlif platformalara köçürülməsi problemi mövcuddur. 1993-cü il işçi qrup artıq yeni tendensiyaları duyaraq tədqiqatları İnternet proqramlaşdırması istiqamətinə yönəltdi və 1995-ci ilin yazı Java kompüter ictimaiyyətinə təqdim olundu. Java-kompilyatorun işi nəticəsində hər-hansı icraolunan kod deyil, hər bir konkret platformada icraedici sistem tərəfindən interpretasiya olunacaq baytkod (bytecode) adlanan optimallaşdırılmış əmrlər çoxluğu alınır. “Sun Microsystems” eyni zamanda belə icraedici Java-sistemlə tcəhiz olunmuş ilk web-brauzer “HotJava”-nı təqdim etdi. Web-səhifələri nəzərdən keçirərkən xüsusi HTML-teqə rast gəldikdə bu brauzer aplet (applet) adlanan Java-da yazılmış uyğun proqram kodunu serverdən yükləyib klient-kompüterdə icra edirdi. Java-nın imkanları o qədər cəzbedici idi ki, “Netscape” istehsal etdiyi “Netscape Navigator” brauzerinin yeni versiyalarında bu texnologiyadan istifadə edcəəyini e’lan etdi. “Netscape Navigator” o zaman ən geniş yayılmış web-brauzer olduğundan Java qısa müddət ərzində İnterneti fəth etdi.

1995-ci ilin axırları artıq Java texnologiyası kifayət qədər məşhur olduğu bir dövrdə JavaScript ssenari (script) dili meydana gəldi. O vaxt artıq bu dilin prototipi - “Netscape Navigator 2.0” brauzeri və “Netscape LiveWire” server sisteminə daxil olan LiveScript mövcud idi. Sonradan “Netscape” LiveScript adından imtina edərək “Sun” ilə birlikdə JavaScript dilini hazırladı. Sintaksisdəki oxşarlıqlara baxmayaraq “JavaScript Java-nın yüngülləşdirilmiş variantıdır” fikri dəqiq deyil. Bu yeni dil proqramçıya web-səhifədəki elementləri və web-brauzerin özünü idarə etmək imkanı verir, bundan başqa, yazılmış ssenari heç bir kompilyasiya olunmadan xüsusi teqlərin köməyi ilə bilavasitə HTML-koda daxil edilir. Beləliklə, Java web-səhifələrə dinamik elementlər əlavə etmək imkanı verirdisə, JavaScript artıq dinamik web-səhifələr düzəltmək imkanı yaratdı.

World Wide Web özündə hipertekst, multimedia və qlobal kompüter şəbəkələrini birləşdirərək publikasiya işində yeni bir dövrün başlanğıcını qoydu. Sür’ətlə gedən inkişaf nəticəsində indi nəinki hipertekst və qrafik təsvir, hətta animasiya, video-, audio-kliplər və nəhayət “virtual dünya” adını almış üçölçülü realistik səhnələr şəklində informasiyanı bütün dünyada milyonlarla istifadəçiyə çatdırmaq mümkün olmuşdur. Bu maraqlı yeniliklərlə bərabər bir o qədər də səs-küyə səbəb olmayan yeni texnologiya - verilənlər bazası kimi “ciddi” informasiya mənbəyinin Web-də publikasiyası sistemləri meydana gəldi.
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://bizim.bbfr.net
 
Bəs World Wide Web nədir ?
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
 :: HARDWARE & SOFTWARE :: Şəbəkə - Network-
Keç: