AnasayfaAnasayfa  TakvimTakvim  MVSMVS  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  İstifadəçi siyahısıİstifadəçi siyahısı  İstifadəçi qruplarıİstifadəçi qrupları  Giriş  

Payla | 
 

 MsDos - əmrləri

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek 
MüəllifIsmarıc
orxan_virus
Boz Qurd
Boz Qurd


İsmarıc sayı : 170
Age : 33
Registration date : 27/09/06

Yeni mövzuMövzu: MsDos - əmrləri   C. Okt. 13, 2006 12:58 pm

MsDos - əmrləri

MsDos (Microsoft Disc Operation System) - əməliyyatlar Sistemi üzərində Windows əməliyyatlar sistemi qurulmuşdur. Onu bilmədən Windows-u bilmək evi özülsüz tikmək kimi bir şeyə bənzəyir. MsDos yalnız əmrlərdən ibarətdir o Windows kimi bir neçə əməliyyatı birdən yerinə yetirə bilmir. Burada yalnız əməliyyatları ardıcıl yernə yetirmək olar, yəni birdəfəyə iki və daha çox əməliyyatı yerinə yetirmək olmur. İndi isə gəlin bu əməlittatlar sistemi ilə tanış olaq.

MsDos-un işə buraxılması: Əgər siz indi Windows Əməliyyatlar sistemində işləyirsinizsə onda bu sistemi çağırmaq üçün START /RUN edir və orada "command" əmrini yazıb OK düyməsini sıxın. Bundan sonra qara fonda bir pəncərə açılacaq bu MsDos-dur.


CD əmri: Əgər siz indi Windows Əməliyyatlar sistemində işləyirsinizsə onda bu sistemi çağırmaq üçün START /RUN edir və orada "command" əmrini yazıb OK düyməsini sıxın. Bundan sonra qara fonda bir pəncərə açılacaq bu MsDos-dur.

Bir qovluq irəli və ya geriyə çəkilmək üçün istifadə olunur.

CHDIR [disk:][qovluq] - yazılmış qovluğa daxil olmaq üçün
CHDIR [..] - bir qovluq yuxarı qalxmaq üçün
CD [disk:][qovluq] - yazılmış qovluğa daxil olmaq üçün
CD [..] - bir qovluq yuxarı qalxmaq üçün

Məs:
C:\>CD derslik yazdıqdan sonra
C:\derslik> olacaq. Sonra isə





C:\derslik>CD.. yazsaq
C:\> olacaq





CLS əmri: Ekranı təmizləyir.



Əgər sizdə ekran bu cür şəkildədirsə onda CLS əmrindən sonra o aşağıdakı şəkildə olacaq



COLOR əmri: rəngləri təyin edir.

COLOR [rənglər]

Rənglər iki atribut olur I-si arxa fonun II-si isə mətnin rəngini təyin edir. Hər bir rəng aşağıdakı qiymətləri ala bilər.

0 = qara 8 = boz
1 = göy 9 = açıq göy
2 = yaşıl A = açıq yaşıl
3 = mavi B = açıq mavi
4 = qırmızı C = açıq qırmızı
5 = bənövşəyi D = açıq bənövşəyi
6 = yaşıl E = açıq yaşıl
7 = ağ F = parlaq ağ


əgər atribut verilmibsə onda susmaya görə olan rənglər götürülür.

Nümunə: COLOR 97
açıq göy fonda ağ mətn təyin edir.



COPY əmri: bir və ya bir neçə faylın bir yerdən digərinə köçürülməsi.

COPY [/D] [/V] [/N] [/Y | /-Y] [/Z] [/A | /B] mənbə [/A | /B]
[+ mənbə [/A | /B] [+ ...]] [nəticə [/A | /B]]

mənbə Bir və ya bir neçə köçürülən faylların adları
/A Fayl ASCII tekst faylıdır
/B Fayl ikili fayldır
/D Şifrə olunmuş faylın yaranmasını qeyd edir
nəticə Qovluq və ya son faylın adı
/V Faylların köçürülməsinin doğruluğunu yoxlayır
/N Faylların adlarında 8.3 standartında qısa adların tətbiqinə cəhd etmək
/Y Mövcud faylın üzərinə yazılma üçün sorğunun boğulması
/-Y Mövcud faylın üzərinə yazılma üçün sorğunun vacib soruşulması
/Z Şəbəkə fayllarının yenilənməklə köçürülməsi

DATE əmri: Tarixin çıxarılması və dəyişdirilməyi.

DATE [/T : tarix]

/T atributu tarixi dəyişmək haqqında məlumat soruşmadan ekrana yalnız tarixi çixardır.

Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax http://bizim.bbfr.net
 
MsDos - əmrləri
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
 :: HARDWARE & SOFTWARE :: Əməliyyat sistemləri-
Keç: